16 may 2016 00:40
Ramazan Abbasov: Qarabağ kimi rəqibə qalib gəlmək elə də asan deyil
"Rəvan"ın kapitanı Ramazan Abbasov Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Qarabağ" üzərində qazandıqları qələbəni (2:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Demək olar ki, biz mövsümün ən vacib qələbəsini qazandıq. Əla oynadıq. Mövsümdəki ən yaxşı oyunlarımızdan birini sərgilədik. Çünki "Qarabağ" kimi rəqibə qalib gəlmək elə də asan deyil".
