16 may 2016 00:30
Elvin Yunuszadə: Qələbə seriyamızı davam etdirmək istəsək də, alınmadı
"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
"Qələbə qazanmaq, uğurlu seriyamızı davam etdirmək istəyirdik. Amma alınmadı. Özümə gəlincə, çoxdan idi meydana çıxmasam da, buna görə çətinlik çəkmədim. Təəssüf ki, qələbə qazana bilmədik".
