16 may 2016 00:25
Zaur Svanadze: Futbolçular çox yorulublar
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 2:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Belə məğlubiyyətdən sonra danışılası bir şey yoxdur. Biz oyuna çox yaxşı başlamışdıq. Amma buraxılan iki qoldan sonra özümüzə gələ bilmədik. Fikrimcə, futbolçularımız çox yorulublar. Bunu "Xəzər Lənkəran"la oyunda da gördük. Medal qazanmaq şansımız hələ də qalır. Sonadək mübarizə aparacağıq".
