16 may 2016 00:10
Ruslan Qurbanov: Matça elə də yaxşı başlamadıq
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 4:2 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Biz oyuna elə də uğurlu başlamadıq. Amma sonradan vəziyyəti xeyrimizə dəyişə bildik. Bu qələbəyə çox ehtiyacımız var idi. Biz hamımız bu qələbəyə görə çox şadıq".
