15 may 2016 15:00

Bədavi Hüseynov: Ötənilki uğuru təkrarlamağı çox istəyirik

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Qarabağ" 11 oyundur qələbə qazanır. Yəqin ki, bu uğurlu seriya sizi çox sevindirir...
- (gülür) Kim qələbə qazanmaqdan yorula bilər ki? Qalib gəlmək həmişə xoşdur. Peşəkar futbolçularıq. Nə vaxta meydana çıxsaq, öz işimizi görməyə çalışırıq. Kubokda, çempionatda oynamağımıza fərq qoymuruq, hər oyunda qələbə qazanmaq istəyirik. 11 oyunluq qələbə seriyamız da göstərir ki, "Qarabağ" bundan ötrü əlindən gələni edir.

- "Qəbələ" üzərində qazandığınız son qələbənin əksəriyyət asanlıqla əldə olunduğunu qeyd edir...
- Bu, kənardan elə görünür. Amma əslində meydanda tam fərqli idi. "Qəbələ"nin yaxşı futbolçuları var. Demək olar ki, bizə hər oyunda qol vururdular. Amma bu dəfə onların bəzi oyunçuları meydanda yox idi. Bu da nəticəyə təsirsiz ötüşmədi.

- Bu turda sizi xal və xallara böyük ehtiyca duyan "Rəvan"la oyun gözləyir. Bu oyuna hansı motivasiya ilə çıxacaqsınız?
- Bizim üçün hər oyun vacibdir. Qarşıda kubokun final oyunu var. Belə bir matç öncəsi formadan düşmək olmaz. Final qarşılaşmasına yaxşı formada çıxmaq istəyirik. Buna görə də "Rəvan"la AZAL-a qalib gəlmək istəyirik.

- Ardıcıl ikinci mövsümdə qızıl dubl edə biləcəksiniz?
- Əlbəttə, ötənilki uğuru təkrarlamağı çox istəyirik. Amma finalda asan olmayacaq. "Neftçi" hazırda yüksəlişdədir. Onlar mövsümü titulla başa vurmaq üçün alışıb yanırlar. İnanıram ki, gərgin və maraqlı görüş olacaq.

- Öncədən finalın Gəncədə keçiriləcəyi müzakirə olunsa da, matç Tofiq Bəhramov adına respublika stadionuna təyin olundu. Bunun sizin üçün nəsə fərqi var?
- Xüsusi fərqi yoxdur. Amma mən Gəncədə oynamağımızı istərdim. Çünki bu arenada atmosfer tam fərqli olur. Gəncədəki dolu tribunalar qarşısında oynamaq xoşdur. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, bu stadionun qazonu yüksək səviyyəli oyun göstərməyə imkan vermir.

- U-17 millimizin AÇ-2016-nın final mərhələsindəki çıxışı barədə nə deyə bilərsiniz?
- Yığmamızın hər üç oyununa baxdım. Portuqaliya ilə oyunu stadiondan izləyirdim. Həmin oyundan sonra hamı deyirdi ki, bu uşaqlarla gələcəyimiz yoxdur, zəif komandayıq. Amma uşaqlar Belçika və Şotlandiya ilə oyunlarda əsl potensiallarını göstərdilər.

- Qarşıda millimizi Avstriya toplanışı gözləyir ki, həmin hazırlıq prosesindəki rəqiblərdən biri də Makedoniyadır. Bu ölkənin ən ünlü futbolçusu Qoran Pandev saytımıza müsahibəsində Azərbaycanın güclü yığmasının olduğunu bildirib. Bəs siz Makedoniya yığmasına necə qiymət verə bilərsiniz?
- Biz də Makedoniya yığmasına hörmətlə yanaşırıq. Səviyyəli futbolçuları var. Ona görə də bu rəqibə ciddi yanaşırıq. Makedoniya yığmasına qalib gəlməyi çox isrəyirik. DÇ-nin seçmə mərhələ oyunlarına tam hazır olmaq üçün yoxlama görüşlərində qələbə qazanmağımız lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.