15 may 2016 12:00

Laşa Kasradze: Üçüncü yeri tutmaq İnter kimi, mənim üçün də önəmlidir

"İnter"in müdafiəçisi Laşa Kasradze Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Qarşıdakı matçdan nə gözləyirsiniz?
- Bizim üçün vacib oyundur. Meydana çıxıb, ən yaxşı futbolumuzu göstərməyə çalışacağıq. Üçüncü yeri tutmaq istəyiriksə, derbidən maksimum xalla ayrılmağımız vacibdir.

- Azərbaycan çempionatının bürünc medallarını qazanmaq sizin üçün nə dərəcədə önəmlidir?
- Bu, komandam üçün vacibdirsə, deməli, mənim üçün də önəmlidir.

- Üçüncü yer uğrundakı əsas rəqibləriniz "Kəpəz"lə "Qəbələ"dir. Onlardan hansını özünüz üçün daha təhlükəli hesab edirsiniz?
- Gəncə klubu bizə daha yaxındır. Son turda onlar öz aralarında oyun keçirəcəklər. Görək, necə oynayacaqlar. Ümid edirəm ki, qalan oyunlarımızda qalib gəlsək, həmin matç bizim üçün heç bir əhəmiyyət daşımayacaq.

- "Neftçi" hazırda yüksəlişdədir. Onlara qalib gəlmək çətin olmayacaq?
- Bu, "İnter" üçün heç nəyi dəyişmir. Hətta rəqibin hazırda yeddinci pillədə qərarlaşması da. Onlar həmişə təhlükəli rəqib olublar. İstənilən rəqibə qalib gələ bilərlər. Bizə də asan olmayacaq. Amma biz meydana qələbə üçün çıxacağıq.

- Bir müdafiəçi kimi "Neftçi"nin hücum xəttini necə xarakterizə edərdiniz?
- Bu komanda həmişə təhlükəli hücumlar qurur.

- Rəqibin heyətində kimi fərqləndirə bilərsiniz?
- Altı nömrəli braziliyalını (Ayltonu nəzərdə tutur - red.).

- Mövsümün sonunda klubunuzla müqavilənizin müddəti başa çatacaq. Onu yeniləməyi düşünürsünüz, ya başqa planlarınız var?
- Hələ bilmirəm. Bu barədə yalnız mövsüm başa çatandan sonra nəsə demək olar. Hələ bu haqda danışmaq istəmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.