15 may 2016 11:00
Emin Nurinin komandası bir xalla kifayətləndi
İsveç çempionatında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Hammarbü" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə bir xalla kifayətlənməli olub - 1:1.
Qeyd edək ki, Emin bu görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
"Kalmar" geridə qalan turlarda topladığı 9 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.
