15 may 2016 19:57

Neftçi 6-cı pilləyə yüksəldi, Rəvan XL-i qabaqladı

Bu gün Topaz Premyer Liqasında 35-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, mövsümün sonuncudan əvvəlki turunun görüşləri eyni gündə baş tutub.

Artıq çempionluğu təmin etmiş və çempionatda heç bir iddiası qalmayan "Qarabağ" səfərdə sonuncu olmamağa çalışan "Rəvan"la qarşılaşıb. İlk yarının əvvəlində azlıqda qalan qonaqlar bu görüşdə məğlubiyyətlə üzləşiblər. "Rəvan" isə bu önəmli qələbə sayəsində son pilləni tərk etməyə nail olub.

Sonuncu pilləyə düşməməyə çalışan “Xəzər Lənkəran” isə turnir cədvəlindəki qonşusu “Sumqayıt”ı qəbul edib. Qarşılaşmada hesabı meydan sahibləri açsalar da, sonda qələbə qonaqlara qismət olub. Nəticədə, cənublular sonuncu pilləyə yuvarlanıblar.

Daha bir maraqlı qarşılaşma “Qəbələ” ilə AZAL arasında baş tutub. Qəbələlilər iki cavabsız qolla qalib gəliblər.

Turun mərkəzi oyununda “Neftçi” ilə “İnter” qarşılaşıb. Altı qolun vurulduğu bu qarşılaşmada qələbə "Neftçi"yə qismət olub. Nəticədə, AZAL-ın Qəbələdəki məğlubiyyətindən istifadə edən "ağ-qaralar" altıncı pilləyə yüksəliblər.

Üçüncülük uğrunda mübarizə aparan digər komanda - "Kəpəz" demək olar ki, gümüş medalları özü üçün təmin etmiş "Zirə”nin qonağı olub. Dörd qolun vurulduğu bu oyunda qələbə qazanan olmayıb.

Topaz Premyer Liqası
35-ci tur

15 may (bazar)

“Rəvan” – “Qarabağ” - 2:1 (1:1)
Qollar: R.Abbasov, 26-pen. (1:0). Ə.İsmayılov, 45-pen. (1:1). E.Abdulov, 55 (2:1).
Qırmızı vərəqə: E.Yaqublu, 25.
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Coşqun Həsənov, Orxan Məmmədov.
Bakı. “Bayıl Arena”.

“Rəvan”: 1. Rəşad Əzizli, 15. Ceyhun Abdullayev, 11. Elnur Abdulov, 19. Hüseyn Axundov, 17. Ramazan Abbasov (k), 92. Yamin Ağakərimzadə, 8. Məmməd Quliyev, 29. Əziz Quliyev, 4. Kənan Müslümov, 21. Novruz Məmmədov, 3. Saşa Yunisoğlu.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 13. Cəmşid Məhərrəmov, 16. Orxan Lalayev, 38. Zeki Sinan Akkoyun, 2. Ruslan Tağızadə, 86. Yasin Həmid, 5. Mirkamil Haşımlı.
Baş məşqçi: Bəhmən Həsənov.
“Qarabağ”: 1. Fərhad Vəliyev (k), 4. Eltun Yaqublu, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 67. Əlhərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros, 97. Mahir Mədətov.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 23. Elgün Uluxanov, 31. Salman Cəfərov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Muarem Muarem.
Baş məşqçi: Qurban Qurbanov.

“Xəzər Lənkəran” – “Sumqayıt” - 1:2 (1:0)
Qollar: T.Qürbətov, 34-pen. (1:0). V.Cavadov, 65 (1:1). A.Yunanov, 80 (1:2).
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Nail Nağıyev.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev, 9. Bayram Budaqov, 10. Tural Qürbətov, 16. İbrahim Qədirzadə, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə, 35. Elfad Baləhmədov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 12. İlyas Səfərzadə, 41. Hüseyn Xəlilzadə, 66. Kənan Həsənov, 86. Xaqani Sadıqov, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Ağadadaş Həmidov.
“Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 8. Nicat Muxtarov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 29. Amil Yunanov, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 7. Pərdis Fərcad-Azad, 27. İsmayıl Babayev, 97. Xəyal Nəcəfov, 99. Rasim Ramaldanov.
Baş məşqçi: Samir Abasov.

“Neftçi” – “İnter” - 4:2 (2:1)
Qollar: M.Abbasov, 7 (0:1). R.Qurbanov, 27 (1:1). A.Abdullayev, 33 (2:1). E.Abdullayev, 52 (3:1). Aylton, 84 (4:1). M.Abbasov, 90+4 (4:2).
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Rəhim Həsənov.
Masazır. “Əlincə Arena”.

“Neftçi”: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Anyete, 26. Kamal Qurbanov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 6. Aylton Silva, 9. Nikolas Kanales, 10. Cavid İmamverdiyev, 14. Məhəmməd Qurbanov, 33. Orxan Bəşirov, 61. Təyyar Məmmədov.
Baş məşqçi: Vəli Qasımov.
“İnter”: 79. Georgi Lomaya (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Laşa Kasradze, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 11. Rauf Əliyev, 23. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov, 77. Mirsahib Abbasov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 8. Nizami Hacıyev, 12. Ruslan Əmircanov, 17. Vüqar Nadirov, 18. Mənsur Nəhavəndi, 22. İlkin Qırtımov, 45. İlkin Sadıqov.
Baş məşqçi: Zaur Svanadze.

“Zirə” – “Kəpəz” - 2:2 (0:1)
Qollar: O.Əliyev, 26 (0:1). E.Məmmədov, 68 (1:1). B.Soltanov, 75 (1:2). N.Qurbanov, 90+1 (2:2).
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Nahid Əliyev, Rövşən Rəcəbov.
Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 37. Yovan Krneta, 14. Tellur Mütəllimov, 13. Aleksandr Şemonayev (k), 2. Çimezi Mbah, 11. Viktor İqbekoyi, 28. Təmkin Xəlilzadə, 60. Elvin Məmmədov, 10. İqor İvanoviç, 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 17. Nicat Qurbanov, 96. Elgün Nəbiyev, 90. Vüsal İsgəndərli, 19. Nurlan Novruzov, 32. Tato, 6. Vüqar Mustafayev.
Baş məşqçi: Adil Şükürov.
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 23. Tural Nərimanov, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 9. Namiq Ələsgərov, 19. Orxan Əliyev, 7. Junior Osvaldo, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 27. Bəxtiyar Soltanov, 15. Azad Kərimov, 6. Ceyhun Cavadov, 21. Xəzər Qəribov, 4. Elvin Cəbrayılov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.

“Qəbələ” – AZAL - 2:0 (1:0)
Qollar: A.Məmmədov, 20 (1:0). A.Qay, 86 (2:0).
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Rahil Ramazanov, Mahir Məmmədov.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Ermin Zets, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Aleksey Qay, 20. Rikardinyo, 25. Qismət Alıyev, 34. Urfan Abbasov, 66. Samir Zərgərov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 5. Pavel Paşayev, 8. Məhəmməd Mirzəbəyov, 13. Murad Musayev, 32. Rəşad Eyubov, 69. Aleksey Antonov, 97. Roman Hüseynov.
Baş məşqçi: Roman Qriqorçuk.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 5. Kamil Hüseynov, 14. İlqar Ələkbərov, 23. Hacı Əhmədov, 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 77. Adan Koronado, 9. Aydın Qasımov.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Məhəmməd Bədəlbəyli, 11. Ruslan Nəsirli, 63. Seyidrəzi Ağayev, 4. Qvanzav Maqomedov, 88. Mirzağa Hüseynpur, 27. Aleksandr Quruli.
Baş məşqçi: Tərlan Əhmədov.

Bombardirlər:
14
- Nelson Bonilya ("Zirə"), Dani Kintana ("Qarabağ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.