İspaniya və Hollandiya da yarımfinalda!
Azərbaycanda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatında by gün 1/4 final mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, bu mərhələnin son oyun günündə də iki görüş baş tutub.
Öncə meydana İspaniya ilə İngiltərə yığmaları çıxıb. İspanlar görüşün ilk dəqiqələrində vurduqları erkən qol sayəsində bu görüşdən qalib ayrılıblar. Nəticədə, bu komanda yarımfinala vəsiqə qazanıb. İspaniya finala çıxmaq uğrunda Almaniya ilə mübarizə aparacaq.
Axşam saatlarında isə İsveç - Hollandiya qarşılaşması keçirilib. Bu görüşün də taleyini bir qol həll edib. Hollandlar qələbə qazanmaqla, adlarını ən güclü dörd kollektiv sırasına yazdırıblar. Hollandiya yığması da finala vəsiqə uğrunda Portuqaliya ilə üz-üzə gələcək.
Qeyd edək ki, yarımfinal görüşlərinin mayın 18-də keçirilməsi nəzərdə tutulub.
17 yaşlıların Avropa çempionatı
1/4 final
15 may
İspaniya - İngiltərə - 1:0 (1:0)
Qol: Qarsiya, 11 (1:0).
Baş hakim: Sveyn-Erik Edvartsen (Norveç).
Bakı. "Bakcell Arena".
İsveç - Hollandiya - 0:1 (0:0)
Qol: Çonq, 62 (0:1).
Baş hakim: Ville Nevalaynen (Finlandiya).
Bakı. "Bakcell Arena".
