15 may 2016 00:15

Topaz Premyer Liqasında 35-ci tur həyəcanı

Bu gün Topaz Premyer Liqasında 35-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, mövsümün sonuncudan əvvəlki turunun görüşləri eyni gündə baş tutacaq.

Artıq çempionluğu təmin etmiş və çempionatda heç bir iddiası qalmayan "Qarabağ" səfərdə "Rəvan"la qarşılaşacaq. Tərəflər 12-ci dəfə üz-üzə gələcəklər. “Rəvan” əvvəlki 11 qarşılaşmada qalib gələ bilməyib. Paytaxt təmsilçisi 5 ev oyununun hamısında qol buraxıb. “Qarabağ” son 5 oyunda qələbə qazanıb. Bakılılar sadəcə, bu çempionla dörd dəfə heç-heçə etməsi öyünə bilər. Top fərqində də ağdamlıların böyük üstünlüyü var - 22:7. Bu mövsüm keçirilmiş oyunlarda "Qarabağ" öz meydanında 1:0 və 5:1 hesablı qələbələrə sevinibsə, səfədə də 2:1 hesabıyla üstün olub. Elə bu oyunda da "aslanlar"ın liderə ciddi müqavimət göstərməsi gözlənilmir. Baxmayaraq ki, sonuncu pillədən yaxa qurtarmağı arzulayan bakılılara liderdən alınacaq 1 xal hava-su kimi lazımdır.

Sonuncu pilləyə düşməməyə çalışan “Xəzər Lənkəran” isə turnir cədvəlindəki qonşusu “Sumqayıt”ı qəbul edəcək. Bu klubların əvvəlki 17 oyununda 7 dəfə cənublular, 5 dəfə cənublular qalib gəliblər. Daha 5 qarşılaşmada isə heç-heçə qeydə alınıb. "Ağ-yaşıllar" top fərqində də üstündürlər. Amma “Sumqayıt” son 4 oyunda uduzmayıb. “Gənclik şəhəri” təmsilçisi ardıcıl 8 matçda meydanı qolsuz tərk etməyib. Son 6 qarşılaşmada ən azı 2 qol vurulub. İlk dövrədə Sumqayıtda baş tutan görüşdə 1:1 hesabı qeydə alınmışdı. Amma son iki oyunda "Xəzər Lənkəran" həm evdə, həm də səfərdə bu rəqibinə eyni hesabla (1:2) uduzub. Bu oyunda isə cənublular uğursuz gedişata son qoymağa çalışacaqlar.

Turun mərkəzi oyununda “Neftçi” ilə “İnter” qarşılaşacaq. Bu, paytaxt klublarının 47-ci dueli olacaq. Əvvəlki 46 oyundan 20-də "ağ-qaralar", 12-də isə "bankirlər" qalib gəliblər. Daha 14 oyunda heç-heçə qeydə alınıb. "Neftçi" top fərqində də üstündür 63:46. Amma bu komanda son 10 oyunda cəmi 1 qələbə qazanıb. “İnter” son 4 səfər matçında uduzmayıb. Cari mövsüm baş tutan görüşlərə gəlincə, ikinci dövrədə 1:1 hesablı heç-heçə qeydə alınıb. "İnter" birinci dövrədə öz meydanında 1:0 hesabıyla qalib gəldiyi "Neftçi"yə üçüncü dövrədə elə həmin meydanda eyni hesabla uduzub. Zaur Svanadzenin komandası çempionatı üçüncü pillədə başa vurmaq üçün mütləq qələbə qazanmalıdır. Amma "Neftçi" də son dövrlər inamlı çıxışı ilə seçilir və Avropa Liqasına vəsiqəni təmin etmək üçün doğma meydanda xal itirməməyə çalışacaq.

Üçüncülük uğrunda mübarizə aparan digər komanda - "Kəpəz" demək olar ki, gümüş medalları özü üçün təmin etmiş "Zirə”nin qonağı olacaq. Bu komandalar sadəcə, cari mövsümdə üz-üzə gəliblər. “Zirə” əvvəlki 3 matçda qələbə qazanmayıb. “Kəpəz” bütün oyunlarda qol vurub. Meydan sahibi komanda uduzmayıb. Hər görüşdə 2 və ya daha çox qol qeydə alınıb. İlk dövrədə Gəncədə (1:1), ikinci dövrədə Zirədə (2:2) heç-heçə qeydə alınıb. Son oyunda isə "Kəpəz” doğma meydanda bu rəqibinə 2 cavabsız qolla qalib gəlib. Bu üzdən top fərqi də gəncəlilərin xeyrinədir - 5:3. Zirəlilər ilk dəfə "Kəpəz" üzərində qələbə qazanmağa çalışacaqlar. Lakin son turda Gəncədə "Neftçi"yə uduzan Şahin Diniyevin komandasına Zirədə xal itirmək sərf etməyəcək.

Daha bir maraqlı qarşılaşma “Qəbələ” ilə AZAL arasında baş tutacaq. Qəbələlilər mükafatçılar, şüvəlanlılar isə Avroliqaya düşmək uğrunda mübarizə aparır. Bu üzdən hər iki komandaya qələbə çox lazımdır. Əvvəlki 25 oyundan 7-də "Qəbələ", 10-da AZAL 3 xala sevinən tərəf olub. Daha 8 qarşılaşmada heç-heçə qeydə alınıb. Top fərqi də bakılıların xeyrinədir - 34:26. “Qəbələ” son 4 ev matçında bu rəqibinə qalib gəlməyib. AZAL isə son 4 oyunda cəmi 1 xal qazanıb. Şüvəlanda ilk dövrədə baş tutan oyunda 0:2 hesabıyla uduzan Tərlan Əhmədovun komandası üçüncü dövrədə bunun əvəzini 2:1 hesablı qələbə ilə çıxdı. Bundan əlavə, ikinci dövrədəki oyunda da "təyyarəçilər" səfərdən 1 xalla qayıtmağa nail olmuşdular - 0:0. Amma işləri yaxşı getməyən, azarkeşlərin istefasını tələb etməyə başladığı Roman Qriqorçuk vəziyyəti düzəltmək üçün bu dəfə komandasına mütləq qələbə qazandırmalıdır.

Topaz Premyer Liqası
35-ci tur

15 may (bazar)

18:00. “Rəvan” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Coşqun Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “Bayıl Arena”.

18:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Gülağa Cabarov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

18:00. “Neftçi” – “İnter”
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Masazır. “Əlincə Arena”.

18:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Nahid Əliyev, Rövşən Rəcəbov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Murad Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

18:00. “Qəbələ” – AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Rahil Ramazanov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
Qəbələ şəhər stadionu.

1Qarabağ34256362-1981
2Zirə341710740-2861
3İnter341511836-2456
4Kəpəz341510946-3755
5Qəbələ341411941-2853
6AZAL341371426-3346
7Neftçi3412101236-3746
8Sumqayıt347121537-4733
9Xəzər Lənkəran34352613-4714
10Rəvan34482223-6014

Qeyd: FIFA İntizam Komitəsinin müraciəti əsasında 26.01.2016 tarixdə "Rəvan" klubunun aktivindən 6 xal silinib. 

Bombardirlər:
14
- Nelson Bonilya ("Zirə"), Dani Kintana ("Qarabağ").
12 - Ruslan Qurbanov ("Neftçi").
10 - Amil Yunanov ("Sumqayıt").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.