15 may 2016 00:05
Millimizin sabiq futbolçusu son turda meydana çıxmadı
Türkiyə PTT 1-ci liqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Dənizlispor"la qarşılaşıb. Matç futbolçumuzun komandasının böyük hesablı qələbəsi ilə başa çatıb - 5:2. Millimizin sabiq üzvünün adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Qaziantep BB" mövsümü 48 xalla 8-ci pillədə tamamlayıb.
