14 may 2016 21:00
Məsimov qırmızı vərəqə aldı, Domjale darmadağın oldu
Sloveniya çempionatında 35-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Çelye" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:3. Məsimov bu görüşə start heyətdə başlayıb. Amma o, qarşılaşmanın 47-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 54 xalla üçüncü pillədə qərarlaşıb.
