14 may 2016 19:30
Şahin Diniyev: Son iki oyun bizim üçün çox həlledicidir
Topaz Premyer Liqasının 35-ci turunda “Kəpəz” səfərdə “Zirə”nin qonağı olacaq. Azerisport.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev bu oyunla bağlı klub saytına fikirlərini bildirib:
“Hər bir matç bizim üçün çətindir, asan oyun yoxdur. Bir dəfə demişəm, indi yenə təkrar edirəm ki, “Kəpəz” nə böyük klubdur, nə də ki, kiçik. Hər bir komanda ilə görüşdə qalib də gələ bilərik, uduza da. Son iki oyun bizim üçün çox həlledicidir. Medallar uğrunda gərgin mübarizə gedir. Ötən turdakı məğlubiyyətə görə ruhdan düşməməliyik. Bura kimi gəlib çıxa bilmişiksə, bunun davamını gətirməliyik”.
