Xavyer Junior: Samir Məsimov fiziki göstəricilərini yaxşılaşdırmalıdır
"Bakı"nın sabiq yarımmüdafiəçisi, hazırda Sloveniyanın "Domjale" klubunda çıxış edən Xavyer Junior azərbaycanlı komanda yoldaşı Samir Məsimovla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Samir gələndən bəri az oynayır. Amma bu, aydın məsələdir. Çünki o, gəncdir. Yenicə Avropa səhnəsinə çıxıb. Burada oynaması üçün zaman lazımdır. Hər kəsə uyğunlaşmaq üçün zaman tələb olunduğu kimi, onun da buna ehtiyacı var. Amma məşqlərdən, sərgilədiyi oyundan yaxşı futbolçu olduğu görünür. Samir öz potensialını aça bilsə, yaxşı olacaq. Ona öz üzərində daha çox çalışmaq lazımdır ki, yaxşı səviyyəyə yüksəlsin. Buna nail olsa, Azərbaycan yığmasına da mütəmadi dəvət ala bilər. Lakin "Domjale"nin baş məşqçisi Luka Elsnerin onun barəsində hansı fikirdə olduğundan xəbəbrsizəm. Məsimovun mənfi cəhəti onun fiziki hazırlıqla bağlı probleminin olmasıdır. Ona fiziki göstəricilərini yaxşılaşdırmaq lazımdır. Bu, ona daha sürətli olmağa imkan yaradar. Müsbət cəhətləti isə çoxdur. Topla doğrudan da çox yaxşı davranır, meydanı yaxşı görür. Fikrimcə, Samirin "Domjale"yə çox faydası dəyəcək".
