14 may 2016 13:00
Yasin Həmid: Hansı təklif daha yaxşı olsa, onu seçəcəyəm
"Rəvan"ın hücumçusu Yasin Həmid digər klubların onunla maraqlanmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ ki, bütün diqqətimi "Rəvan"ın qarşıdakı oyunlarına yönəltmişəm. Komandama faydalı olmaq üçün əlimdən gələni edirəm. Mövsüm bitəndən sonra necə olacaq, görəcəyik. Əlbəttə, özüm üçün ən yaxşı variantı seçməyə çalışacağam. Amma indi "Rəvan"ın futbolçusuyam. Təkliflərin olub-olmadığını indi söyləmək istəmirəm. Bu işlərlə menecerim məşğul olur".
