14 may 2016 12:30
Zaur Svanadze: Neftçi son turlarda yüksəlişdədir
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqib son turlarda yüksəlişdədir. Yaxşı oynayırlar. Biz üçüncü yeri tutmaq üçün mübarizə aparırıq. Çox çətin oyun olacaq. İlkin Qırtımovun bu oyunda iştirakı hələ sual altındadır. Nizami Hacıyev hələ hazır deyil. Kamran Ağayev isə məşq edir. Həkimlərin qərarına baxacağıq".
