14 may 2016 11:30

Mircavadov: Neftçi Avroliqaya vəsiqə qazanmasa, final daha gərgin keçəcək

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun azerisport.az saytına müsahibəsi

- Ötən gün MK AFFA-nın baş katibi Elxan Məmmədovla, millinin baş məşqçisi Robert Prosineçki ilə görüşdü. Nələri müzakirə etdiniz?
- Futbolumuzun gələcəyi ilə bağlı müzakirələrimiz oldu. Biz gələcəyimiz olan gənclərin bu yaş dövründə itməsini istəmirik. Çünki U-17-nin şərəfini qoruyanlar tezliklə 18 yaşa dolacaq. Onları itirməmək üçün də U-18 yığmasının yaradılmasına qərar verdik.

- Bu komandaya kim rəhbərlik edəcək?
- Elə Təbriz Həsənovun özü. O, bu uşaqlarla bir neçə ildir işləyir, onları hamıdan yaxşı tanıyır.

- Bəs onu U-17-də kim əvəz edəcək?
- U-16 yığmasının baş məşqçisi Rafiq Mirzəyev. Məşqçilərə tanıdığı uşaqlarla çalışmaq daha asandır. Bu proses öz bəhrəsini verir. Məşqçilər Komitəsi çoxlu analizlər aparıb, sorğular keçirib, maraqlanıb. Belə qərara gəlmişik ki, bizdə gənc futbolçuları itirməmək üçün bütün yaş qrupları üzrə yığma komadalar olmalıdır.

- Bakıdakı AÇ-də futbolçularımızın sərgilədiyi oyunla bağlı nə deyə bilərsiniz?
- Belə bir turnirin final mərhələsində çıxış etmək asan deyil. Hər komanda bura düşə bilmir. Fransa kimi turnirin son qalibi olan, favorit göstərilən komanda üç oyunda bir dənə də qol vura bilmədi. Amma Azərbaycan yığması dörd xal qazandı. Bu, ilk dəfə AÇ-də iştirak edən komanda üçün çox yaxşı nəticədir. Biz hətta qrupdan çıxa bilərdik. Portuqaliya ilə oyuna gəlincə, nəinki futbolçularda, hətta məşqçilər korpusunda da həyəcan var idi.

- Prosineçkinin bu barədə fikri necə oldu?
- O, bizim təkliflərlə razı olduğunu bildirdi. Həmçinin qeyd etdi ki, bu uşaqları xaricə göndərmək lazımdır. AFFA da bu yöndə işlər aparır.

- AÇ-ni izləmək üçün Avropanın əksər aparıcı klublarının menecerləri Bakıya gəlib. Sizcə, futbolçularımızdan onların diqqətini cəlb edən olub?
- Məndə belə bir informasiya yoxdur. Ümid edirəm ki, hansısa diqqətləri cəlb edə bilib.

- "Neftçi"nin mövsümün sonunda uğurlu çıxış etməyə başlaması sizi təəccübləndirir?
- Təəccübləndirməkdən daha çox sevindirir. Onların növbəti mövsüm Avropa Liqasında oynamaq üçün yaxşı imkanı var. Tədricən komandanın əsl gücünü görməyə başlayırıq.

- "Qəbələ"də isə vəziyyət tam fərqlidir və hətta azarkeşlər Roman Qriqorçuku istefaya səsləyirlər...
- O, həmkarımdır. Haqqında heç bir fikir söyləyə bilmərəm. Ukraynalının postunda qalıb qalmayacağına isə azarkeşlər yox, klub rəhbərliyi qərar verir.

- Kubokun finalından nə gözləyirsiniz?
- Əminəm ki, "Qarabağ"la "Neftçi" yaxşı oyun göstərəcək. Bakılılar çempionatda Avropa Liqasına vəsiqəni təmin edə bilməsə, kubokun finalı daha gərgin keçəcək. Amma "Qarabağ"la oyun bu komanda üçün istənilən halda çətin olacaq. Çünki "Qarabağ"ın real rəqibi yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.