14 may 2016 11:00
Qəbələ Neftçinin legionerinə göz dikib
"Neftçi"nin müdafiəçisi Jayro növbəti mövsümə Topaz Premyer Liqasının başqa klubunda başlaya bilər. Azerisport.az xəbər verir ki, onunla "Qəbələ" yaxından maraqlanır.
Məsələ burasındadır ki, braziliyalı futbolçunun paytaxt klubu ilə müqaviləsinin müddəti bu mövsümün sonunda bitir. Amma "Qəbələ" mövsümün bitməsini gözləmədən onunla danışıqlara başlayıb. Jayronun xüsusilə qış fasiləsindən sonrakı uğurlu çıxışı bölgə təmsilçisinin diqqətini cəlb edib.
