14 may 2016 00:20
Dodo: Qalan iki oyun bizim üçün finala bərabərdir
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Topaz Premyer Liqasının son iki turu ilə bağlı gözləntilərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qalan hər iki oyun bizim üçün finala bərabərdir. Çətin olacaq, amma toparlanmalı və bu oyunlarda uğur qazanmalıyıq ki, Avropa Liqasına vəsiqə qazanaq. Bu mövsüm mənim üçün xüsusi alındı. Biz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Hansı ki, bunu hər kəs arzulayırdı. İndi yenidən mövsümü qələbə ilə başa vurmaq istəyirik ki, növbəti mövsüm avrokuboklarda yenidən çıxış edək".
