14 may 2016 00:15
Xəzər Lənkəranın sabiq üzvü A Seriyasında
"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Fernando Qabriel özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra vətənində - Braziliya A Seriyasında çıxış edəcək.
O, yerli "Santa Krus" klubu ilə müqavilə imzalayıb. Qabriel növbəti yarım ilini bu komandada keçirəcək.
Qeyd edək ki, Fernando "Xəzər Lənkəran"da 2014/15 mövsümünün ilk yarısında çıxış edib. Ondan sonra isə o, İranın "Persepolis" klubuna yollanmışdı. Futbolçunun son klubu isə Braziliya A Seriyasının digər təmsilçisi "Ferroviariya" olub.
