13 may 2016 18:20
İnter Kamran Ağayevi cəzalandırmayacaq
"İnter" qapıçısı Kamran Ağayevi cəzalandırmayacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubunun üzvünün son turda baş tutan "Xəzər Lənkəran"la ev oyunu öncəsi komandanın düşərgəsini icazəsiz tərk edib, şəhərdəki restoranlardan birinə getdiyi və orada münaqişə törətdiyi bildirilirdi.
Amma klubdan aldığımız məlumata görə, aparılan araşdırmalar zamanı Kamranın qaydaları pozmadığı müəyyənləşib. Bu üzdən də heç kimi döymədiyini iddia edən Kamrana inanan klubu onu cəzalandırmağa səbəb tapmayıb.
