13 may 2016 18:00
Zirə Kəpəzlə oyuna iki itki ilə çıxacaq
"Zirə" Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində qarşılaşacağı "Kəpəz"lə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu görüşə iki itki ilə çıxacaq.
Belə ki, Vüqar Mustafayev sarı vərəqə limitini aşdığına görə komandasına kömək edə bilməyəcək. Zədəsi olan Dieqo Souza da böyük ehtimalla, gəncəlilərlə görüşü buraxmalı olacaq.
Qeyd edək ki, bu komandalar arasındakı oyun mayın 15-də Zirədə keçiriləcək və saat 18:00-da başlayacaq.
