13 may 2016 17:20

Qara Qarayev: Ümid edirəm ki, kuboku da biz qazanacağıq

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibəsi

- Son turda "Qəbələ" üzərində qazandığınız qələbəni (2:0) necə şərh edərdiniz?
- Ev oyununda elə də böyük çətinlik çəkmədik. Öz oyunumuzu itirməməyə çalışırıq. Şadam ki, qələbə qazandıq. "Qəbələ" çətin komandadır. Onlar da çalışdılar, amma qələbə bizim oldu. Baş məşqçini və fanatlarımızı təbrik edirəm.

- Erkən çempionluqdan sonra oyunlara köklənmək çətin deyil?
- Qarşıda daha bir hədəfimiz var - kuboku qazanmaq. Həmin oyunu düşünərək, hər bir matça böyük motivasiya ilə çıxırıq. Çempionatın bütün oyunları finala hazırlıq planıdır. Həm də qarşıda bizi yığma komandanın təlim-məşq toplanışı gözləyir. Həmin oyunlara hazır olmaq üçün çempionatda da yaxşı çıxış etməliyik.

- Bir müddət əvvəl qeyri-sabit çıxış edirdiniz. Nə baş vermişdi?
- Heç bir problem yox idi. Sadəcə, daha çox məşq etmək lazım idi. Qurban Qurbanovla meydandan kənarda dost kimiyik, o, bizə çox şeyi izah edir. Çox çalışdım və əvvəlki formamı bərpa etdim.

- Kubokun finalındakı rəqibiniz "Neftçi"nin son dövrlər uğurlu çıxış etməsi sizin üçün problem deyil?
- "Neftçi" elə komandadır ki, istənilən rəqibə qalib gələ bilər. Bu komandanın futbolçuları meydana qələbə qazanmaq arzusu ilə çıxırlar. Bu üzdən də onlara qarşı oynamaq çətin olur. Amma kubokun finalında oynamaq təcrübəmiz var. Ümid edirəm ki, daha bir mükafat qazana biləcəyik.

- Nə vaxtsa belə bir fikir var idi - futbolu 22 oyunçu oynayır, amma almanlar qələbə qazanır. İndi isə Azərbaycanda deyirlər ki, hamı oynayır, "Qarabağ" qalib gəlir...
- (gülür) Mən belə deməzdim. "Qarabağ" barədə belə fikirlərin səsləndirilməsini də istəməzdim. Biz də "Sumqayıt"a, AZAL-a uduzmuşuq. Sadəcə, hər oyuna daha böyük motivasiya, qələbə istəyi ilə çıxırıq.

- "Əlincə Arena" necədir?
- Əladır. "İnter"lə kubok oyununda iştirak etməmişdim. Amma "Qəbələ" ilə görüşdə oynadım. Xoşuma gəldi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.