13 may 2016 16:00
Rövşən Hüseynli: Əsas odur ki, millimiz DÇ-yə yaxşı formada yollansın
Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynli dünya çempionatına hazırlıqla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ istirahət edirik. Qarşıda dünya çempionatına hazırlıq üçün xeyli vaxtımız var. Komandamızın baş məşqçisi məsələsinə gəlincə, hələ bu barədə heç nə deyə bilmərəm. Mənim üçün yeni çalışdırıcının haradan olmasının fərqi yoxdur. Əsas komandamızın Kolumbiyaya yaxşı formada yollanmasıdır. Ümid edirəm ki, elə də olacaq".
