13 may 2016 15:15

"Ad günü hədiyyəm Avropa Liqasına vəsiqə qazanmağımız oldu"

Bu gün “Kəpəz”in əsas komandasının qapıçısı Eyyub Əliyevin doğum günüdür. Azerisport.az xəbər verir ki, gənc qolkiperin 21 yaşı tamam olur. Gəncə klubunun kollektivi Əliyevi doğum günü münasibəti ilə təbrik edib, ona karyerasında uğurlar arzulayıb.

Ad günü ilə bağlı klub saytı isə çərçivə qoruyucusundan açıqlama alıb. Eyyub əvvəlcə təbrikə görə təşəkkürünü çatdırıb: “Diqqətinizə və təbrikinizə görə sağ olun. Ad günüm üçün əsl hədiyyəni komanda mənə Lənkəran səfərində etmişdi. Avropa Liqasına vəsiqə qazanmağımızı nəzərdə tuturam. Avroliqaya çıxmağımız futbolçu üçün elə ən böyük hədiyyədir. İnşallah, çempionatda üçüncü yeri tutarıq və bu da ikinci hədiyyə olar”.

Əliyev “Kəpəz”dəki durumundan da danışıb: “Bu klubda olmaq ürəyimcədir. Mehriban kollektivimiz, gözəl azarkeşlərimiz var. Hər bir futbolçunun arzusu meydanda oynamaqla komandasına kömək etməkdir. Amma oyuna çıxmaqla bağlı qərarı məşqçi verir və mən də onun istəyinə hörmətlə yanaşıram. Şans versə də, verməsə də sağ olsun. İndi əsas olan “Kəpəz”in uğurlarıdır. Hamımızın istəyi budur”.

Gənc qapıçı zamanla əsas heyətdə yer almaq istəyinə nail olacağını da bildirib: “Düzdü, indi yaşım azdır, hələ gəncəm. Karyeram, oyunlarım irəlidədir. Amma futbolda yaş elə də önəm daşımır. Futbolçu gərək özünü oynamağa, mübarizə aparmağa hazır saysın. Özümə güvənirəm. Yaşa dolduqca, oynadıqca təcrübəmi artırmağa çalışıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.