13 may 2016 14:45

Qarayev: Həmin epizodda fərqlənə bilsəydik, indi Almaniya ilə oyuna hazırlaşırdıq

Paytaxtımız Bakıda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi davam edir. Azerisport.az xəbər verir ki, artıq bu mötəbər turnirin bütün 1/4 finalçıları da məlumdur.

Təəssüflə qeyd etməliyik ki, 8 ən güclü arasında millimiz yer almadı. Mübarizəni qrupda dayandıran yığmamız bu şansdan məhrum oldu. Buna baxmayaraq, Təbriz Həsənovun rəhbərlik etdiyi komandamız Portuqaliya, Belçika və Şotlandiyanın yer aldığı qrupda 4 xal qazanmaqla tarixi uğura imza atdı. Millimizin heyətində hər üç oyunda 90 dəqiqə meydanda olan Ricat Qarayev "Sumqayıt" Futbol Klubunun üzvüdür. Qarayev bu mötəbər yarışda iştirakla bağlı təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb.

- Avropa çempionatına çox ciddi şəkildə hazırlaşmışdıq. Hamılıqla bu mötəbər turnirdə oynamağı çox istəyirdik. Uşaqların hamısında həyəcan pik nöqtəsində idi. Açılış oyunda 33 min azarkeşin qarşısında oynamaq isə başqa bir hiss idi. Çox təəssüf ki, ilk oyunumuz Portuqaliya millisinə qarşı oldu. Olduqca güclü futbolçulardan qurulmuş heyətləri var. Düşünürəm ki, bu oyundakı məğlubiyyətin əsas səbəbi erkən qol buraxmağımız oldu. Digər məsələ isə bu görüşdə oyunumuzun alınmaması idi. Belçika və Şotlandiyaya qarşı nümayiş etdirdiyimiz futbolu Portuqaliyaya qarşı oynaya bilsəydik, sizi əmin edirəm ki hesab belə olmayacaqdı.

- Belçika ilə qarşılaşma barəsində nə deyə bilərsən?
- Böyükhesablı məğlubiyyətdən sonra bu oyuna köklənmək biz futbolçular üçün həqiqətən çətin idi. Lakin sağolsun məşqçi heyətimiz bizi bu qarşılaşmaya hazırlaya bildi. Belçikalılar heç də asan rəqib deyildi. Oyunun olduqca ağır keçəcəyini hamılıqla bilirdik. Bu görüşdə hər iki komandanın qol vurmaq üçün bir neçə şansı oldu. Belçika ilə görüşün son dəqiqəsində həmin epizodu qola çevirə bilsəydik indi Almaniya ilə oyuna hazırlaşırdıq.

- Şotlandiya üzərindəki qələbədən sonra komanda olaraq hansı hissləri keçirdiniz?
- Şotlandiya ilə oyunda yalnız qələbə haqqında düşünürdük. Əlbəttə, ilk növbədə hər iki qarşılaşmada sərfəli nəticənin olmasına az da olsun ümidimiz var idi. Amma tək istəyimiz bu qarşılaşmada qələbə qazanıb azarkeşlərimizi və xalqımızı sevindirmək idi ki, bunun da öhdəsindən gəldik. Qələbədən sonrakı hissləri isə sözlə ifadə edə bilmərəm.

- Bakıda keçirilən Avropa çempionatı Azərbaycan futboluna və siz yeniyetmə futbolçulara nə verdi?
- İlk növbədə qeyd edim ki, olduqca güclü komandamız var. Çox gözəl və mehriban kollektivimizin olması bizi sevindirməyə bilməz. Artıq 3 ildir ki bir yerdəyik. Avropa çempionatı biz gənc futbolçulara çox şey verdi. Ən əsası isə böyük təcrübə qazandıq. Əlbəttə, belə bir mötəbər turnirin ölkəmizdə keçirilməsi bütün Azərbaycanın xalqının uğurudur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.