13 may 2016 15:00
Neftçidə daha bir ciddi itki
"Neftçi" Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində qarşılaşacağı "İnter"lə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu derbiyə itki ilə çıxacaq.
Belə ki, "ağ-qaralar"ın əsas heyət oyunçusu Jayro sarı vərəqə limitini aşdığına görə, qarşıdakı görüşü buraxmalı olacaq.
Qeyd edək ki, komandanın zədəli futbolçuları - Xuan Alberti Melli və Nikolas Kanales hazırda məşqlərini davam etdirirlər. Amma onların paytaxt derbisində iştirakı böyük sual altındadır.
