13 may 2016 00:15
Əfran İsmayılov: Həmin məğlubiyyətdən sonra toparlanmaq çox çətin idi
"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda təşkil olunan AÇ-2016-nın final mərhələsi çərçivəsində keçirdiyi oyunlara münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən Portuqaliya ilə oyunda stadionda idim. Komandamız həmin görüşdə gözlənilməz qollar buraxdı. Bəlkə də oyunçularımız rəqibin adından ehtiyatlandı. Stadiondakı atmosferin də təsiri ola bilər. Elə məğlubiyyətdən sonra toparlanmaq çox çətin idi. Amma uşaqlar toparlandılar və qrupdakı son iki oyunda dörd xal topladılar. Bunlar bizim gələcəyimizdir. Biz onlara hər cür köməyi göstərməyə hazırıq".
