Xutsişvili: Reynaldonu Dinamoya dəvət etmək istərdik
Gürcüstanın "Dinamo" (Tiflis) klubunun idman direktoru Mixail Xutsişvili bəyan edib ki, Azərbaycan Premyer Liqasındakı bəzi futbolçular onların maraq dairəsindədir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz çempionatınızda çıxış edən bəzi futbolçularla maraqlanırıq. Çünki Topaz Premyer Liqasında yaxşı futbolçular oynayır. Məsələn, "Qarabağ"dakı Reynaldo çox yaxşı futbolçudur. Biz onu "Dinamo"ya dəvət etmək istərdik. Düzdür, onun neçəyə olduğunu bilmirəm. Amma braziliyalı çox yaxşı hücumçudur. Hazırda heyətimizdə əvvəllər Azərbaycanda oynamış futbolçular var. Onlar bizim vaxtından əvvəl çempion olmağımıza kömək etdilər. "Dinamo"nun Çempionlar Liqasında "Qarabağ"a rəqib olub-olmayacağını bilmirəm. Amma çempionunuz çox güclüdür".
