1/4 final mərhələsinin bütün cütləri
Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında qrup mərhələsi bu gün başa çatdı. Azerisport.az xəbər verir ki, artıq turnirin 1/4 final mərhələsinə vəsiqə qazanan 8 komandanın hər biri bəllidir.
Bunlar Portuqaliya, Belçika (hər ikisi "A" qrupu), Almaniya, Avstriya (hər ikisi "B" qrupu), İngiltərə, Fransa (hər ikisi "C" qrupu), İspaniya və Hollandiya (hər ikisi "D" qrupu) yığmalarıdır.
Artıq 1/4 finalda hansı kollektivlərin üz-üzə gələcəyi də bilinir. Belə ki, millimizin çıxa bilmədiyi "A" qrupunun qalibi Portuqaliya pley-offda "B" qrupunun ikincisi Avstriya ilə qarşılaşacaq. Bu qrupların digər xoşbəxtləri - Almaniya və Belçika da öz aralarında yarımfinala çıxacaq digər komandanın adına aydınlıq gətirəcəklər.
"D" və "C" qruplarının qaliblərinə gəlincə, İspaniya İngiltərəyə, İsveç də Hollandiyaya rəqib olub.
17 yaşlıların Avropa çempionatı
1/4 final
14 may
Portuqaliya - Avstriya
Almaniya - Belçika
15 may
İspaniya - İngiltərə
İsveç - Hollandiya
