12 may 2016 19:00
Neftçi - İnter oyununun başlama saatı açıqlandı
Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində keçiriləcək "Neftçi” – "İnter” matçının başlanma saatı açıqlanıb. Azerisport.az xəbər verir ki, may ayının 15-də "Əlincə Arena”da baş tutacaq görüş saat 18:00-da başlanacaq.
Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasında oyun bundan bir gün əvvəl "İnter Arena”da keçiriləcək və saat 15:00-da start götürəcək.
