12 may 2016 17:20
Arif Əsədov: Biz gələcəkdə bu uşaqlara güvənə bilərik
"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov 17 yaşadək futbolçulardan ibarət millimizin Bakıda təşkil olunan AÇ-2016-nın final mərhələsindəki çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamızın çıxışını müsbət qiymətləndirirəm. Bu, Təbriz Həsənov üçün çox böyük uğurdur. Xüsusilə də Portuqaliyaya 0:5 hesablı yenilgidən sonra komandanı toparlamaq, son iki oyunda müsbət nəticə qazanmaq çox diqqətəlayiqdir. Nəticədə Belçika ilə heç-heçə etdik (1:1), Şotlandiyaya qalib gəldik (1:0). Üstəlik, onu da nəzərə almaq lazımdır ki, komandamız ilk dəfə belə böyük turnirdə iştirak edirdi, heç bir təcrübəsi yox idi. Bu uşaqlar qiymətsiz təcrübə qazandılar. Biz gələcəkdə bu uşaqlara güvənə bilərik".
