12 may 2016 17:00
Zirənin prezidenti: Bonilya üçün böyük məbləğ təklif edən olsa, düşünərik
"Zirə"nin prezidenti Vüqar Astanov komandanın lideri Nelson Bonilyanın Serbiyanın "Partizan" klubuna keçəcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizə rəsmi olaraq heç kim müraciət etməyib. Bizim onunla daha bir illik müqaviləmiz var. Amma kimsə rəsmi müraciət etsə, Bonilyaya görə böyük məbləğ təklif etsə, o zaman bu barədə düşünmək, danışıqlar masası ətrafında oturmaq olar".
