12 may 2016 15:40
Rəşad Sadıqov Qarabağın prezidentinin açıqlamasına münasibət bildirdi
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov klub prezidenti Tahir Gözəlin Avstriyadakı yay təlim-məşq toplanışı zamanı güclü rəqiblərlə qarşılaşmağın tərəfdarı olması barədə açıqlamasında münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kimlərlə oynayacağımızı hələ bilmirəm. Güclü rəqiblərlə qarşılaşmağa gəlincə, bu bəzən kömək edir, bəzən də ziyanı olur. Məsələn, güclü rəqiblə qarşılaşanda öz oyununu göstərə bilmirsən. Rəqib oynamağa imkan vermir. Bizim hazırlıq üçün 20-25 gün vaxtımız olacaq. Bundan maksimum yararlanmağa çalışacağıq".
