12 may 2016 12:00

Rəşad Sadıqov: Yığmada belə futbolçuların, məşqçilərin olması sevindiricidir

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Qəbələ" üzərində qələbədən sonra azerisport.az saytına müsahibəsi

- "Qarabağ" ardcıl 11 oyundur qələbə qazanır və demək olar ki, qarşısına çıxan yoxdur...
- Bu, bizim işimizdir. Peşəkar futbolçularıq. Eyni sözləri məşqçilərimizə, rəhbərliyimizə də aid etmək olar. Futbolçular işlərinə ciddi yanaşırlar. Meydana çıxıb, çalışırlar. Arxayınlaşmamaq üçün əlimizdən gələni edirik. Prinsipcə, böyük iş görməmişik. Sadəcə, deyilənləri həyata keçiririk. Məşqçilərimiz də diqqətldirlər. Bilirlər ki, belə bir vəziyyətdə arxayınlıq ola bilər. Qarşıda bizi kubokun final oyunu, daha sonra Çempionlar Liqasının görüşləri gözləyir. Sakitləşmək olmaz. Buna heç vaxt da yoxdur.

- Sizə elə gəlmir ki, kubokun final matçı öncəsi bir qədər istirahət də lazımdır?
- Bu proqram məşqçilərimizindir. Onlar kimin və hansı oyunda əsas heyətdə oynayacağını və ya istirahət edəcəyini daha yaxşı bilirlər. Hər bir futbolçunun yaxşı formada olması üçün əllərindən gələni edirlər. Öz oyunumuzu itirmək istəmirik. Hərdən elə olur ki, psixoloji cəhətdən gərginliyə düşürsən və öz oyununu tapa bilmirsən.

- Sizə elə gəlmir ki, bu oyunda "Qəbələ" sanki, meydanda yox idi?
- "Qəbələ" ardıcıl bir neçə oyun keçirdi. Heyətlərində itkilərin olduğunu da bilirdik. Yorğun idilər. Amma biz bərpa prosesi keçə bilmişdik. Oyunun belə asan keçməsini rəqib düşərgədəki itkilərlə və yorğun olmaları ilə əlaqələndirərdim.

- Kubokun finalında "Neftçi"yə qalib gələcəyinizə inanırsınız?
- Final matçına hələ vaxt var. Əlbəttə, "Neftçi" ilə oyunlarımız həmişə maraqlı alınır. Bizim görüşlərdə favorit olmur. Rəqib komandada həm sürətli, həm də matçın taleyini təkbaşına həll edə biləcək futbolçular var. Son dövrlərdə də yaxşı çıxış edirlər. Hiss olunur ki, Vəli Qasımovun gəlişi ilə onlarda yeni inam yaranıb.

- Final sizin üçün doğma olan Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək...
- Doğma olsa da, artıq bir ildir orada oynamırıq. Qazonun hazırda necə olduğunu bilmirəm. Bu, məni çox həyəcanlandırır. Qazon yeni olanda istədiyin kimi oynaya bilmirsən. Bu stadion "Neftçi" üçün də doğmadır. Psixoloji üstünlük onların tərəfində olacaq. Amma ÇL oyunları öncəsi bizim üçün də bu arenada oynamaq yaxşı hesab oluna bilər.

- Bakıda təşkil olunan 17 yaşlıların Avropa çempionatına görə ev oyunlarınızı "Əlincə Arena"da keçirmək sizə problem yaratmır?
- Xeyr. Bu, Azərbaycana lazımdırsa, bizim üçün heç bir çətinlik yoxdur. Rayonda da oynaya bilərik. Əsas odur ki, AÇ yüksək səviyyədə keçsin. Uşaqları Şotlandiya üzərində qələbə münasibətilə təbrik edirəm. Düzünü desəm, mən onlara hətta Portuqaliyaya 0:5 hesablı məğlubiyyətdən sonra da inanırdım. Təəssüf ki, qrupdan çıxa bilmədilər. Amma Belçikaya da qalib gələ bilərdilər. Yaxşı futbolçularımız, məşqçilərimiz var. Təbriz Həsənovun bütün məsuliyyəti öz üzərinə götürməsi komandaya kömək etdi. Bu da son iki oyunda öz bəhrəsini verdi. Belə futbolçularımızın, məşqçilərimizin olması çox sevindiricidir. Gələcəyə inamla baxmaq olar.

- AFFA prezidenti Rövnəq Abdullayev bəyan edib ki, bu uşaqlar AÇ-2020-də əsas millidə çıxış etməlidirlər. Onlar sizi əvəz edə biləcəklər?
- Biz elə də böyük futbolçular deyilik ki, bizi hansısa xüsusi oyunçular əvəzləsin. İnanıram ki, bizdən sonra yaxşı futbolçular gələcək. Yığmada istedadlı uşaqlar var. Sadəcə, onlar Portuqaliya ilə oyunda "yandılar". Ardıcıl iki qoldan sonra psixoloji gərginlik yarandı. Bəlkə də ilk oyunlarımız Belçika və Şotlandiyaya qarşı olsaydı, qrupdan da çıxa bilərdik.

- U-17-nin heyətində hansı futbolçuları fərqləndirərdiniz?
- 7 nömrə (Fərid Nəbiyev) daha çox xoşuma gəldi. 17 nömrə (Barış Əkinciər) də pis deyil. Nömrələri yadımda qalıb, adlarını xatırlamıram.

- Qarşıda millimizi Avstriya toplanışı gözləyir...
- Bəli, həmin oyunlara da hazırlaşmaq lazımdır. Bizi 3 yoxlama matçı gözləyir. Seçmə mərhələnin startı da yaxınlaşır. 4 ay elə də çox vaxt deyil, tez gəlib keçəcək. Ciddi hazırlaşmaq lazımdır. Daha sonra bizi San Marino ilə oyun gözləyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.