12 may 2016 00:30
Məsimov oynadı, Domjale bir xal qazandı
Sloveniya çempionatında 34-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Zavrç" ilə qarşılaşıb. Matç qolsuz başa çatıb - 0:0. Məsimov bu görüşün 76-cı dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 54 xalla üçüncü pillədə qərarlaşıb.
