12 may 2016 00:10

Fərid Nəbiyev: AÇ bizim üçün böyük təcrübə oldu

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının yarımmüdafiəçisi Fərid Nəbiyev AÇ-2016-nın qrup mərhələsi çərçivəsində Şotlandiya üzərində qazandıqları qələbədən (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Şotlandlarla oyun barədə nə deyə bilərsiniz?
- Portuqaliyaya ilk oyunda böyük hesabla uduzsaq da, komandamız "sınmadı". Biz söz verdik ki, turniri layiqli şəkildə başa vuracağıq. İlk oyun da elə bitməməli idi. Fikrimcə, Belçika və Şotlandiya ilə oyunlarda azarkeşlərimizi sevindirməyi bacardıq.

- Oyundan sonra paltardəyişmə otağına AFFA prezidenti Rövnəq Abdullayevlə gənclər və idman naziri Azad Rəhimov gəldi. Onlar sizə nə söylədilər?
- Qələbə münasibətilə təbrik etdilər. Bildirdilər ki, turnirdəki ilk oyundan sonrakı vəziyyətinizi başa düşürük. Həmçinin uğurlu nəticəyə görə bizə təşəkkür etdilər.

- Komandanız 4 xal toplasa da, qrudan çıxa bilmədi. Bu, sizi məyus edir?
- Növbəti mərhələyə vəsiqə qazanmaq istərdik. Amma bu nəticə də bizim üçün bir uğurdur. Çünki Azərbaycan yığması ilk dəfə belə böyük turnirdə iştirak edirdi. Bizim üçün böyük təcrübə oldu.

- Bəxtinizin gətirmədiyini demək olar?
- Tam razıyam. Portuqaliya yığmasının əvəzində istənilən başqa komanda olsaydı, biz bu qrupdan asanlıqla çıxardıq.

- Şotlandiyaya vurduğunuz qol möhtəşəm alındı...
- Öz gücümə inanırdım. İnanırdım ki, zərbəm alınsa, qol olacaq. Həmin vəziyyətdə başqa çıxış yolu görmədim.

- Bu qol turnirin ən yaxşısı da ola bilər...
- Bu, artıq mənim üçün o qədər də vacib deyil. Əsas komandamızın belə bir turnirdə ilk qələbəsini qazanmasıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.