12 may 2016 00:00
Qara Qarayev: Oyun ritmimizi itirməməyə çalışırıq
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Öz oyun ritmimizi itirməməyə çalışırıq. Xoşbəxtlikdən bu dəfə də güclü rəqibimizə qalib gəlməyi bacardıq. Bu gün onlar da çox istəkli idilər, qalib gəlmək istəyirdilər. Çünki bu, rəqibin üçüncü pilləni tutması baxımından vacib idi. Amma biz də qələbə üçün əlimizdən gələni etdik".
