11 may 2016 23:00
Samir Abasov: Sumqayıt son oyunlar yaxşı oynayır
Topaz Premyer Liqasında 34-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Sumqayıt" "Kapital Bank Arena"da "Rəvan"la qarşılaşıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə Samir Abasovun komandası 3:1 hesablı qələbə qazanıb. "Sumqayıt"ın baş məşqçisi oyundan sonra bunları söyləyib:
"Sumqayıt" son oyunlar yaxşı oynayır. Futbolçularımı təbrik edirəm. Uşaqlara dedim ki, belə gərgin oyunlar olur. Geridönüş etmək çətin olsa da, bunu bacardıq".
