11 may 2016 19:50
Vəli Qasımov: Arzu edirəm ki, Kəpəz Avroliqanın qrup mərhələsində oynasın
“Neftçi”nin baş məşqçisi Vəli Qasımov Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində “Kəpəz” üzərində qazandıqları qələbədən (2:1) sonra fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyb:
“Kəpəz” klubunu avrokuboklarda vəsiqə qazanması münasibətlə təbrik edirəm. Mən özüm Gəncə şəhərindənəm, arzu edirəm ki, “Kəpəz” klubu Avropa Liqasının qrup mərhələsində oynasın. Bu günkü qarşılaşmaya gəlincə, ilk hissədə oyunumuz alınmadı, amma fasilədən sonra yaxşı oynadıq və qələbə qazandıq. Çalışacağıq ki, növbəti oyunlarda azarkeşlərimizi sevindirək. Yeri gəlmişkən, azarkeşlərimiz uzun yol gəlmişdilər, dəstək olduqlarına görə onlara “çox sağ ol” deyirəm”.
