11 may 2016 19:20

Təbriz Həsənov: Millidə ən çox hücum xəttindən narazı qaldım

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Təbriz Həsənov AÇ-2016-nın qrup mərhələsi çərçivəsində Şotlandiyaya qalib gəldikləri oyunu (1:0) şərh edib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Oyun bizim üstünlüyümüzlə keçdi. Qalib gəldiyimizə görə sevinirəm. Təəssüf ki, qrupdan çıxa bilmədik. Uşaqlara təşəkkür edirəm. Onlar bu gün mübarizə apardılar. İlk oyundakı böyük hesablı məğlubiyyətdən sonra toparlana bildilər".

"Hamınız oyunlara baxırsız. Bu gün Şotlandiya millisinin oyunçularının sürətini gördünüz. Onlarda məktəb var. Bizim oyunçulardan Murad Mahmudov Almaniyada çıxış edir. Onun sürəti göz qabağındadı. Məncə, uşaq futbolunda sürət cəhətdən problem var".

"İlk oyunda Olimpiya stadionunda böyük hesabla uduzmağımıza gəlincə, mənim əlimdə olsaydı, o stadionda oynamağa icazə verməzdim. Keçən oyunda Murad Mahmudovun epizodu qol olsaydı, indi bəlkə də biz gələn oyunlara hazırlaşırdıq".

Milliləşdirilmiş oyunçulardan danışan baş məşqçi bunları vurğulayıb: "Doğukan bu gün zəif oynadı. Ancaq onlar bir neçə ildi bizim komandadadılar. Mənim ən narazı qaldığım mövqe hücum xəttidi. O ki qaldı yeni gələnlərə, bizim müdafiəçilər zədəli idi. Buna görə yeni oyunçular cəlb etməli idik".

Həsənov həmçinin Murad Mahmudovla Almaniyanın "Bavariya" klubunun maraqlandığı barədə xəbərlərə də münasibət bildirib: "Bildiyim qədərilə onlar bizim texniki direktor Bernard Lippertlə əlaqə saxlayıblar. Bu barədə mən də eşitmişəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.