11 may 2016 18:30
Skott Qemmill: Azərbaycan oyuna böyük motivasiya ilə çıxmışdı
Şotlandiyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Skott Qemmill AÇ-2016-nın qrup mərhələsi çərçivəsində Azərbaycana uduzduqları oyunu (0:1) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan yığmasını qələbə münasibətilə təbrik edirəm. Onlar bu oyuna çox böyük motivasiya ilə çıxmışdılar. Bizim üçün yaxşı təcrübə oldu. Bizim futbolçular da həmişə olduğu kimi, meydana motivasiyalı çıxmışdılar. Aqressiv olduqlarını deməzdim, sadəcə, mübarizə aparırdılar. Aqressiya da futbolun bir hissəsidir. Futbolçularım özlərini göstərməyə çalışırdılar".
