11 may 2016 18:00
Rövnəq Abdullayev: Bu uşaqlar gələcək AÇ-2020-də oynaya bilərlər
AFFA prezidenti Rövnəq Abdullayev 17 yaşlılar arasında Avropa çempionatının qrup mərhələsi çərçivəsində baş tutan Azərbaycan - Şotlandiya matçını şərh edib. Azerisport.az xəbər verr ki, o, bunları söyləyib:
"Uşaqlar yaxşı oynadılar. Gənclərdə artıq ilk oyunun qorxusu qalmamışdı. Portuqaliya ilə oyunla müqayisədə daha yaxşı çıxış etdilər. İlk oyun çox çətin oldu. Belçika ilə oyun yaxşı idi, bu gün isə qələbə qazandıq. Bu qələbə də sübut etdi ki, 17 yaşlılarımız düzgün yoldadı. Təqvim fərqli olsaydı, nəticə də başqa cür ola bilərdi. Oyundan razı qaldım. Gələcəkdə bu uşaqlar AÇ-2020-də çıxış edə bilərlər. Təbriz Həsənov da normal işləyir".
