11 may 2016 17:30
Azərbaycan klubunun hücumçusu Ermənistana qarşı
Futbol üzrə Salvador yığması mayın 28-də Peru, iyunun 1-də isə Ermənistanla yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, baş məşqçi Ramon Maradiaqanın bu oyunlara "Zirə"nin hücumçusu Nelson Bonilyanı da çağırması gözlənilir.
Qeyd edək ki, Bonilya "Zirə"nin Topaz Premyer Liqasındakı son oyunundan sonra millinin düşərgəsinə yollanacaq. Çempionatın debütantı son matçını mayın 21-də keçirəcək.
