11 may 2016 16:20
Sezar Meza Kolli: İnterin hədəfi mükafatçılar sırasında yer almaqdır
"İnter"in yarımmüdafiəçisi Sezar Meza Kolli Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi bu oyunda ancaq qələbə qane edir. Xal itkisi barədə düşünmürük. Çətin olacaq. Amma biz oyuna hazırıq. Sonrakı iki oyun da asan olmayacaq. Amma biz "Neftçi" və "Zirə"yə də qalib gəlmək istəyirik. Çünki hədəfimiz mükafatçılar sırasında yer almaqdır. "İnter"in gücünü onsuz da hər kəs yaxşı bilir. Avrokuboklar mövsümünü də buraxmalı olacağıq. Buna görə də çempionat oyunlarına böyük motivasiya ilə - qələbə qazanmaq üçün çıxırıq".
