11 may 2016 15:20

Yaşar Vahabzadə: Millimiz Şotlandiyaya qalib gələ bilər

Azərbaycanın U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadənin azerisport.az saytına müsahibəsi

- Yəqin ki, Bakıda təşkil olunan 17 yaşlıların Avropa çempionatını diqqətlə izləyirsiniz. Azərbaycan millisinin çıxışı barədə nə deyərdiniz?
- İlk növbədə Portuqaliya ilə oyunun nəticəsi gözə sataşır. 0:5 hesablı məğlubiyyətin bir neçə səbəbi var. Məsələn, komanda həyəcanı boğa bilmədi. Stadiondakı atmosfer onlara mənfi təsir göstərdi. Bundan əlavə, onlar rəqibin statusundan da qorxdular. Amma belə bir məğlubiyyətdən sonra toparlanıb, Belçika ilə heç-heçə etmələrini xüsusi qeyd etmək istərdim. İkinci oyunda futbolçularımız daha yaxşı təsir bağışladı. İnamlı görünürdülər. Qələbə də qazana bilərdilər.

- Bəs Şotlandiya ilə oyundan nə gözləyirsiniz?
- Belçikaya qarşı sərgilədikləri oyunu göstərsələr, müdafiədə diqqətli olsalar, hücumda səmərəli çıxış etsələr, qələbə qazana bilərlər. Amma təəssüf ki, qrupdan çıxmaq baxımından hər şey öz əlimizdə deyil. Portuqaliyanın Belçika üzərində böyük hesablı qələbəsini arzulamaq məcburiyyətindəyik.

- Bu komandada gələcəkdə U-21-də görmək istədiyiniz uşaqlar var?
- Bu uşaqları diqqətlə izləyirik. Ad çəkmək istəmirəm. Amma 3-4 futbolçu var ki, diqqət mərkəzimdədir.

- U-21 yığmamızın yaxın zamanda toplanışı nəzərdə tutulubmu?
- Bəli. Mayın 25-də Sloveniyaya yollanacağıq. İyunun 5-dək orada olacağıq. Orada üç yoxlama oyunu da keçirməliyik.

- Azərbaycan Kubokunun finalında hansı komandanı daha şanslı hesab edirsiniz?
- Demək çətindir. Kubokda sürpriz ola bilər. "Qarabağ" favoritdir. Amma bu, "Neftçi"nin şansının olmadığı anlamına gəlmir. Maraqlı oyun olacaq.

- Premyer Liqanın cari mövsümü sizin üçün daha çox nə ilə yadda qaldı?
- İlk növbədə "Kəpəz"in elitadakı iştirakı ilə. Onlar gec toplandılar. Komanda mövsümün gedişində formalaşdı. Buna baxmayaraq, onlar avrokuboklara vəsiqə qazana bildilər. "Zirə"ni də qeyd etmək olar. Amma "Qəbələ" tam fərqli olaraq, məyus etdi. Onlardan gözləntilər çox idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.