11 may 2016 15:00
Partizan Zirənin forvardı ilə güclənmək istəyir
"Zirə"nin hücumçusu Nelson Bonilya yayda paytaxt klubunu tərk edə bilər. Azerisport.az xəbər verir ki, Salvador yığmasının şərəfini qoruyan çempionatımızın bombardiri Serbiya "Partizan"ının maraq dairəsinə düşüb.
Hazırda Serbiya klubunun həm futbolçu, həm də "Zirə" ilə danışıqlar apardığı iddia olunur.
Qeyd edək ki, Bonilyanın "Zirə" ilə müqaviləsin müddəti növbəti mövsümün sonunda başa çatacaq.
