11 may 2016 13:00
Təbriz Həsənov: Şotlandlara qalib gəlməyə çalışacağıq
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Təbriz Həsənov AÇ-2016-nın qrup mərhələsi çərçivəsində Şotlandiyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Şotlandların Portuqaliyaya qarşı necə oynadığında bir az baxmışam. Çox sürətli, texnikalı və fiziki cəhətdən hazırlıqlı komandadır. Amma buna baxmayaraq, ən azından onlara qalib gəlməyə çalışacağıq. Çünki bizə qələbə lazımdır. Nəzəri cəhətdən qrupdan çıxmaq şansımız var".
