11 may 2016 12:00

Rəhman Hacıyev: Neftçi indi daha böyük istəklə oynayır

"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Kəpəz"lə oyunda hansı nəticəyə ümid edirsiniz?
- Həmişə olduğu kimi, nəticəyə oynayacağıq. Turnir cədvəlində irəliləmək lazımdır. Bunun üçün də 3 xal qazanmalıyıq.

- Yəqin ki, son turda AZAL üzərində qələbə sayəsində komandanızda atmosfer əladır...
- Həmin oyunda mən sanki öz evimdə oynayırdım. Çünki Masazırda yaşayıram. Oyun bizim üçün uğurlu alındı. Şadam ki, qələbə qazandıq. AZAL-a cari mövsümdə həmin matça qədər qalib gələ bilməmişdik. Avropa Liqasına vəsiqə qazanmaq istəyiriksə, AZAL-a qabaqlamağımız lazımdır. Bütün ümidimizi kubokun finalına bağlaya bilmərik.

- Turnir cədvəlindəki mövqeyinizdən razısınız?
- Xeyr. Klubumuz layiq olduğu mövqedə deyil. Biz daha üst pillələrdə qərarlaşmalı idik.

- "Neftçi" əvvəlki turlarda niyə belə oyun sərgiləmirdi?
- Biz oyun sxemimizi dəyişdik və daha yaxşı oynamağa başladıq. İndi uşaqlarda da istək çoxdur, çalışırlar.

- Təsadüfən, klub rəhbərliyi matç ərəfəsində sizə mükafat söz vermir?
- Əlbəttə, mükafatlar olur. Klub rəhbərliyi bizi həm yaxşı, həm də pis günümüzdə dəstəkləyir.

- AZAL-la oyunu millinin baş məşqçisi Robert Prosineçkinin də izlədiyini bilirsiniz?
- Bunu oyundan sonra eşitdim.

- Ondan dəvət gözləyirsiniz?
- Buna baş məşqçi özü qərar verir. Əlbəttə, mən də yığmanın formasını geyinməyi, komandaya fayda verməyi arzulayıram.

- Yığmaya hazır olduğunuzu hesab edirsiniz?
- Bəli.

- Sizə elə gəlmir ki, "Neftçi"nin Avroliqaya vəsiqə qazanması üçün "Qarabağ"a kubokun finalında qalib gəlməsi yetərlidir?
- Əlbəttə, bəs edir. Biz də bunu başa düşürük. Amma niyə çempionatda da AZAL-ı qabaqlamaqla bunu təmin etməyək? Elə olan halda kubokun finalında vəsiqə barədə yox, yalnız bu oyunda qalib gəlməyi düşünərik.

- "Neftçi" ötən il heyətində daha çox legioner olduğu halda, "Qarabağ"a finalda uduzmuşdu. Bu dəfə isə daha çox gənclərdən ibarət heyətlə oynayacaqsınız. Nəyə ümid edirsiniz?
- "Neftçi"də özünə, "Qarabağ"a qalib gəlməyə inam var. Bizim bu qələbəyə ethiyacımız var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.