Mikel Alvaro: Azərbaycan çempionatı Gürcüstan birinciliyindən səviyyəlidir
Tiflisin "Dinamo" klubunun yarımmüdafiəçisi, Bakı "İnter"inin sabiq futbolçusu Mikel Alvaro bir neçə gün öncə Gürcüstan çempionu adını qazanmasından, eləcə də Azərbaycana mümkün qayıdışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çempion olduğumuz üçün çox şadam. Bu, həmişə xoş hisslər bəxş edir. Azərbaycan futbolu ilə də maraqlanıraç. Bütövlükdə, hər şey normal görünür. "İnter"ə qayıtmaq barədə düşünmürəm. Düzünü deyim ki, hazırda klubda vəziyyətin necə olduğundan da xəbərsizəm. Bu klubla mənim heç bir problemim qalmamışdı. Onlardan FİFA-ya da şikayət etməmişdim. Amma təklif olsa, qayıtmağım istisna deyil.
Mənə elə gəlir ki, Azərbaycan Premyer Liqasının səviyyəsi Gürcüstan çempionatından daha yüksəkdir. Çünki sizdə legionerlər daha çoxdur. Özü də aralarında keyfiyyətli, təcrübəlilər var. Mənə elə gəlir ki, məhz buna görə Azərbaycanda oynamaq çətindir".
